Ərdoğandan Almaniyaya PKK xəbərdarlığı

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən toplantı zamanı, 24 yanvar 2018-ci il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən toplantı zamanı, 24 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Afrin əməliyyatının son terrorçu öldürülənə qədər davam edəcəyini açıqlayıb

BAKI, 25 yanvar — Sputnik. "PKK terrorçuları sizin hava limanlarınızda vətəndaşlarımıza hücum edib döyürlər, polisiniz də kənardan baxır. Əgər oradakı sərnişinlərin təhlükəsizliyini qoruya bilmirsənsə, sən necə dövlətsən?" Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən toplantı zamanı deyib.

Almaniyanın Hannover hava limanında PKK tərəfdarları ilə türklər arasında düşən dava haqda danışan Ərdoğan bildirib ki, alman hökuməti PKK-ya açıq dəstək verir: "Dostumuz olan Almaniyaya baxın. PKK-lı terrorçular hava limanında vətəndaşlarımıza hücum edib döyür, polislər də kənardan baxır. Bu necə olur? Nə vaxta qədər? Bu günə qədər bunlara göz yumduq. Oradakı sərnişinin təhlükəsizliyi təmin olunmursa, sən necə dövlətsən?"

Ərdoğan Afrin əməliyyatının son terrorçu öldürülənə qədər davam edəcəyini açıqlayıb.

Xəbər lenti
0