BAKI, 25 yanvar — Sputnik. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklərin edilməsi gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib ki, bu dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur.
Millət vəkili bildirib ki, mövcud qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, bununla bağlı qanunvericilikdə dəyişiklik edə bilərik”.