Türkiyəli nazir amerikalı həmkarını susdurdu

© AFP 2024 / Virginia MayoMövlud Çavuşoğlu və Reks Tillerson, arxiv şəkli
Mövlud Çavuşoğlu və Reks Tillerson, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ: Türklərlə üz-üzə gəlmək istəmirik

BAKI, 25 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlüt Çavuşoğlu) Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillersonla (Rex Tillerson) Fransada keçirdiyi təkbətək görüş barədə jurnalistlərə diqqət çəkən açıqlamalar verib. Sputnik Türkiyə xəbər verir ki, nazir amerikalı həmkarı ilə türk ordusunun Suriyanın şimalında PYD terrorçularına qarşı başlatdığı hərbi əməliyyatı müzakirə etdiklərini bildirib.

Afrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü

"Tillerson mənə "Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmirik" dedi. Bu cümləni iki dəfə təkrarladı. Mən də ona, "Biz də sizin Suriyadakı əsgərlərinizlə üz-üzə gəlmək istəmərik. Ancaq harada terrorçu varsa, yox etməyə məcburuq. Fərqi yoxdur, istər Fərat çayının şərqi olsun, istərsə də qərbi" dedim" — Çavuşoğlu bildirib.

"Cənab Tillersona sual verdim: "Bizim Kilis şəhərimizə atılan raketləri gördünüzmü? Həmin silahlar sizin PYD-yə verdiyiniz raketlərdir". Mənə cavab verdi ki, "PYD çox yerdən silah alır. Başqalarının silahı da ola bilər". Mən əlimizdə sübut olduğunu dedim və heç bir cavab vermədi" — nazir əlavə edib.

Qeyd edək ki, ABŞ PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə açıq-aşkar dəstək verərək onlara hərbi təlimlər keçir.

Xəbər lenti
0