PKK terrorçularının yeni taktikası: Məscidlərə hücum edilir

© Photo : Star / AAPKK
PKK - Sputnik Azərbaycan
Abunə olmaq
PKK tərəfdarları Hollandiyanın Rotterdam şəhərindəki məscidə hücum həyata keçiriblər

BAKI, 25 yanvar — Sputnik. Almaniyanın Frankfurt şəhərində terror təşkilatı PYD/PKK tərəfdarları məscidə hücum ediblər.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, səhərə yaxın təşkil olunan hücum zamanı terrorçular "Əyyub Sultan" məscidinin qapısına təhdid mesajı yazıaraq binaya boya atıblar. Hücum anı təhlükəsizlik kamerasına da düşüb.

Hücumun ardından məscid rəhbərliyi polislə əlaqə yaradıb, hadisə ilə bağlı istintaq başlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə Almaniyanın digər ərazilərində yerləşən 2 məscidə də oxşar şəkildə hücum təşkil edilmişdi. PKK tərəfdarları Hollandiyanın Rotterdam şəhərindəki məscidə hücum həyata keçirmişdi.

Xəbər lenti
0