BAKI, 24 yanvar — Sputnik. İsveçrənin Davos şəhərində 48-ci Beynəlxalq İqtisadi Forum davam edir. Forumda qlobal iqtisadiyyat, təhlükəsizlik və ətraf mühit kimi mövzularda ölkələrarası əməkdaşlıq müzakirə olunur.
Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, uzun illər sonra Amerika Birləşmiş Ştatları foruma ən yüksək səviyyədə — prezident səviyyəsində qatılacaq. Bu səbəblə ABŞ rəhbəri Donald Trampın cümə günü Davosa gəlməsi və burada çıxış etməsi planlaşdırılır.
Paytaxt Sürixdə yüzlərlə nümayişçi Tramp əleyhinə aksiya keçirib. Onlar Ağ Ev rəhbərinin İsveçrəyə ayaq basmamasını istəyirlər.
İki min nəfərə yaxın etirazçı paytaxtda bank binalarının sıx olduğu bölgədə yürüşə başlayıb. "Tramp, səni burada istəmirik" şüarları səsləndirən isveçrəlilər Forumun fəaliyyətini də tənqid ediblər. Onlar Donald Trampı "vəhşi kapitalist" adlandırıblar.