ELM

Qadınlar bu sahədə kişilərdən üstündür

CC0 / pixel2013 / ManKişi və qadın
Kişi və qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqat maraqlı nəticəni ortaya çıxardı

BAKI, 24 yanvar — Sputnik. Araşdırmaya görə, hürərək nəsə anlatmağa çalışan itləri qadınlar kişilərdən daha yaxşı anlayır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 itin müxtəlif istəyi zamanı çıxardıqları səslər qeydə alınıb. Daha sonra qadın və kişilərdən ibarət 40 iştirakçıya itlərin müxtəlif səslərini eşitdiriblər. İtlərin sevinc, qorxu, əyləncə, ümidsizlik, hücum zamanı çıxardıqları səslərini iştirakçılara dinlədilib.

Araşdırmaçı Tamas Faraqo Broadli tədqiqat barədə belə deyib: "Son araşdırmamız itlərin və insanların başqalarının çıxardıqları səslərdən nə hiss etdiklərini anlamaq üçün beyində bənzər sahələrindən istifadə etdiyini göstərib. Qadınlar bioloji cəhətdən daha empatik və hissiyyatlı olduqları üçün itlərin duyğularını daha tez hiss edirlər. Hətta qadınlar digər məməlilərin səslərini də eyni formada daha tez ayırd etmək gücünə malikdirlər".

Xəbər lenti
0