BAKI, 24 yanvar — Sputnik. Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
“Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.