Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qərar verildi: Dolların taleyini bu şəxs həll edəcək

© REUTERS / Kevin LamarqueFED-in binası, arxiv şəkli
FED-in binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək

BAKI, 24 yanvar — Sputnik. ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə,  sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES  İdarə Heyətinin üzvü olub.

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.  

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.  

Xəbər lenti
0