Elşad Məmmədov: “Faiz dərəcələri bank sektorunun sağlamlaşdırılmasına əngəl törədir”
“Azərbaycanda bankların sağlamlaşdırılması prosesini sürətləndirmək lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
“Bankların sağlamlaşdırılması prosesi təkcə onların bağlanmasından ibarət olmalı deyil. Hazırda ölkədəki faiz dərəcələri bank sektorunun sağlamlaşdırılmasına əngəl törədir. Ümumilikdə ölkədə 30 bank fəaliyyət göstərir ki, bu da böyük rəqəmdir. Bankların sayının azaldılması məqsədə uyğundur. Ancaq bu, bankların bağlanması yox, birləşdirilməsi yolu ilə olmalıdır” — deyə o bildirib.