BAKI, 24 yanvar — Sputnik. Bakıda ictimai nəqliyyatda daha bir təhlükəli hadisə baş verib. Sputnik Azərbaycan avtosfer-ə istinadla xəbər verir ki, avtobus sürücüsü məsuliyyətsizlik edərək sərnişinlərin həyatını təhlükəyə atıb.
Oxuculardan birinin göndərdiyi videodan məlum olur ki, hadisə yanvarın 21-də, saat 10.20 radələrində 32 nömrəli avtobusda baş verib. "Neftçilər" metrostansiyasının yanından NZS qəsəbəsinə gedən avtobusun arxa sol təkəri qəflətən yanaraq tüstüləməyə başlayıb. İçərini tüstü bürüsə də, sürücü avtobusu dayandırmadan hərəkəti davam etdirib.
Həmin görüntüləri təqdim edirik: