Alpinistlərin itkin düşməsi müəmmalıdır…

© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazi
Alpinistlərin itkin düşdüyü ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur

BAKI, 24 yanvar — Sputnik. Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir. Sputnik Azərbaycan trend-ə istinadla xəbər verir ki, bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

O deyib ki, Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də axtarışlar üçün normaldır. Axtarışlar helikopter və canlı qüvvə vasitəsilə aparılır. Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur. Qəbələ rayonu ərazisində axtarışların aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Əsasən Xınalıq və Tufandağ istiqamətində axtarışlardan məlumatlıyam".

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO

Z.Qasımlı bildirib ki, hazırda axtarışlar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, yerli və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən aparılır: "Mütəxəssislər xüsusi texnika ilə təchiz olunublar. Axtarışlar üçün xaricdən əlavə mütəxəssislərin gələcəyi barədə məlumatım yoxdur. Bir müddət əvvəl alpinistlərin izlərinin olduğu ehtimal olunan yerlər təkrar bir neçə dəfə axtarılıb və hələ də axtarışlar davam edir. Bütün ehtimallar araşdırılır. Hələlik heç bir nəticə yoxdur". 

Z.Qasımlı, həmçinin qeyd edib ki, axtarış aparılan ərazilərdə qar uçqunu olması təhlükəsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: "Hər tərəf açıqdır. Ərazidə təhlükəli qar uçqunu olması ehtimal edilən yer demək olar ki, yoxdur". 

Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik itkin alpinistlər barədə yeni məlumat yaydı

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü — Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Xəbər lenti
0