Afrində məhv edilmiş terrorçuların sayı bilindi

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il
Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb

BAKI, 24 yanvar — Sputnik. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində azı 260 kürd terrorçusu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.   

Məlumata görə, yanvarın 23-də terrorçularla döyüş zamanı bir hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.  

Xəbər lenti
0