Vüsalə Kərimova: “Fashion Show-da bilet alan şəxslər arasında yarışmalar keçiriləcək”
Azərbaycanda ilk dəfə sevgililər gününə həsr olunmuş “Yeddi gözəl Wedding and Fashion Show” keçiriləcək.
Tədbrin aparıcısı Vüsalə Kərimova Sputnik Azərbaycan-a deyir ki, burada nümayiş olunacaq hər şey 2018-ci ilin dəbinə uyğun olacaq:
“Bundan başqa, tədbirə bilet almış şəxslər arasında yarışlar keçiriləcək. Qalib gələn şəxslər gəlinliklər və pulsuz makiyaj əldə edəcəklər. İstəyirik ki, bu da ailə qurmağa hazırlaşan cütlüklərə hədiyyəmiz olsun”.