BAKI, 24 yanvar — Sputnik. Çində bir gecəyə dəmir yolu qovşağı tikilib. Sputnik Azərbaycan bu barədə Daily Mail-ə istinadən məlumat verir.
Qovşaq yeni dəmiryolu vağzalı üçün istifadəyə verilib. Tikintidə 1,5 min nəfər, 23 ekskavator və 7 tikinti qatarı iştirak edib.
Məlumata əsasən, fəhlələr üç dəmir yolunu birləşdirərək bütün digər lazımi işləri görüblər.
İşin belə tez başa çatmasında planlaşmanın həlledici rol oynadığı bildirilir. 7 briqadaya bölünən fəhlələr müxtəlif vəzifələri yerinə yetiriblər.