BAKI, 23 yanvar — Sputnik. Filippinin "ağızdan xarab" olaraq tanınan prezidenti Rodriqo Duterte yenə maraqlı sözləri ilə gündəm yaradıb. Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, bu dəfə o heç kəsi söyməsə də, özü haqqında orduya və polisə təlimat verib.
Narkobaronlarla mübarizədə ölçüsüz şiddətdən istifadə etdiyi üçün insan haqları təşkilatlarının hədəfinə çevrilən Duterte üzünü polis və əsgərlərə tutaraq "əgər bir gün diktator olmaq istəsəm, məni güllələyin" deyib.
"Mövcud konstitusiyanın mənə icazə verdiyi müddətdən artıq hakimiyyətdə qalmaq istəsəm, diktatora çevrilsəm, məni vurub öldürün. Hətta vəzifə müddətimi 1 gün uzatsam belə, imkan verməyin. Güllələyin. Zarafat eləmirəm. Bu əmrimi də heç vaxt unutmayın" — Rodriqo Duterte qeyd edib.
Qeyd edək ki, Filippin dövlət başçısı Dutertenin vəzifə müddəti 2020-ci ildə başa çatacaq.