CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On beş min dollara "şüşədə cin" satıblar

CC0 / succo / Oil LampAntik lampa, arxiv şəkli
Antik lampa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dələduzlar Tapas Roy Çodhuriyə zəng edilərək şüşənin içində yaşayan cini satdıqlarını deyiblər

BAKI, 23 yanvar — Sputnik. Hindistanda "Ələddinin sehrli lampası" filmindəki içində cin olan lampaya oxşar lampa satılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistanda işbazlar iki nəfərə "şüşədə cin" satmağa çalışıblar. Onlar bu işi qrup halında həyata keçiriblər.

Belə ki, 4 nəfər Kəlküttə yaxınlığında bir kişini aldadıb. Dələduzların arasında polis işçisi də olub. Onlar Baquatidə yaşayan Tapas Roy Çodhuriyə zəng edərək şüşənin içində yaşayan cini satdıqlarını və həmin cinin azad olunan zaman istənilən arzunu gerçəkləşdirdiyini deyiblər. Bunun müqabilində isə 15 min dollar pul verməli olduğunu qeyd ediblər. Görüş otellərdən birində baş tutub. İçinə soda tökülən şüşəni alıcıya vermək istəyən zaman Tapas Roy Çodhuri və onunla gələn şəxs "cin almaqdan" imtina edib və o qədər pullarının olmadığını bildiriblər. Bunu görən fırıldaqçılar alıcıların üzərində olan 7 dolları zorla alaıblar, özlərini isə otaqda bağlayıblar.

Polis işbazları saxlayıb, sonra müəyyən miqdarda cərimə edərək azadlığa buraxıb.

Xəbər lenti
0