Putin üçün 1 milyon 600 min imza toplandı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada prezidentliyə namizəd ola bilmək üçün 100 min imza toplamaq kifayət edir

BAKI, 23 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putinin bu il keçirilən seçkilərdə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza toplanıb.

Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rusiyada seçki öncəsi imzatoplama kampaniyası dünən sona çatıb.

Prezidentliyə digər namizəd, teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə 101 min imza toplaya bilib.

Qeyd edək ki, Rusiyada prezidentliyə namizəd ola bilmək üçün 100 min imza toplamaq kifayət edir.

Seçkilər bu il martın 18-də keçiriləcək.

Xəbər lenti
0