SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Davosda vacib görüşlər keçirib

© AZƏRTACİlham Əliyev - Davos
İlham Əliyev - Davos - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən görüşlərdə Azərbaycanla əlaqələrin indiki vəziyyəti və perspektivi müzakirə olunub

BAKI, 23 yanvar — Sputnik. Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub. Bundan əlavə, Azərbaycan prezidenti "Royal Phillips" şirkətinin baş icraçı direktoru Frans van Houten, "Mastercard" şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

Keçirilən görüşlərdə Azərbaycanla əlaqələrin indiki vəziyyəti və perspektivi müzakirə olunub.

Xəbər lenti
0