Türkiyə ABŞ-ı açıq hədəfə aldı

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il
Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kalın: "Türk ordusu Afrində Amerikanın dəstəklədiyi terrorçularla döyüşür"

BAKI, 23 yanvar — Sputnik. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Britaniyanın BBC telekanalına müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, o, ölkəsinin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat barədə maraqlı fikirlər səsləndirib.

"ABŞ İŞİD-lə mübarizə adı altında PYD/YPG terrorçularına ağır silahlar verir. Türk ordusu Afrində Amerikanın dəstəklədiyi həmin terrorçularla döyüşür", — Kalın qeyd edib.

Sözçü bildirib ki, Afrindəki hərbi əməliyyatda hədəf kürdlər deyil: "PYD qardaş kürd xalqını təmsil etmir. Onlar terrorçudur və kürdləri təmsil edə bilməzlər", — mətbuat katibi bildirib.

© AP Photo / Plinio Lepriİbrahim Kalın
İbrahim Kalın - Sputnik Azərbaycan
İbrahim Kalın

"Bəzi qaranlıq dairələr ordumuzun Suriyanın şimalındakı terrorçulara qarşı mübarizəsini qəsdən kürdlərə qarşı savaş kimi qələmə verməyə çalışır və bu istiqamətdə "qara PR" aparırlar. Bu, tamamilə böhtan və təxribatdır. Kürd qardaşlarımız bu yalanlara onsuz da inanmırlar", — o əlavə edib.

İbrahim Kalın deyib ki, PKK terror təşkilatının Suriyadakı qolu olan PYD son bir ildə dəfələrlə Türkiyə tərəfinə raket atıb: "Terrorçular 2017-ci il ərzində sərhədin Türkiyə tərəfinə 700-dən çox raket atıblar. Xeyli sayda vətəndaşımız bu hadisələrdə həlak olub. Onlara dəfələrlə xəbərdarlıq etdik, ancaq qulaq asmadılar. Nəticədə şanlı ordumuz hərbi əməliyyata başlamağa məcbur qaldı".

Xəbər lenti
0