PKK və İŞİD Türkiyəyə qarşı birləşdi

© AFP 2024 / BULENT KILICTürkiyə Silahlı Qüvvələri Suriyada
Türkiyə Silahlı Qüvvələri Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım: "Hazırda PKK/PYD və İŞİD bizə qarşı birlikdə döyüşür"

BAKI, 22 yanvar — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən hərbi əməliyyatla bağlı jurnalistlərə açıqlamalar verib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Yıldırım "Afrində İŞİD-çi yoxdur" etirazlarına münasibət bildirib.

"Orada nə qədər istəsəniz, İŞİD terrorçusu var. Müttəfiq saydıqlarımız Rəqqadan çıxaraq Afrinə gedə bilmələri üçün İŞİD-ə yol verdilər. Hazırda PKK/PYD və İŞİD bizə qarşı birlikdə döyüşür" — baş nazir deyib.

Xatırladaq ki, İŞİD terrorçularının Rəqqadan çıxarılaraq PYD ilə razılıq əsasında Türkiyə sərhədinə yaxın ərazilərə yerləşdirildiyi xəbərini İngiltərənin BBC telekanalı görüntülü şəkildə yaymışdı.

Xəbər lenti
0