BAKI, 22 yanvar — Sputnik. Yanvar ayının 22-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0780 manata, rubl/manat məzənnəsi isə 0,0300 manata düşüb.
Yanvarın 19-da rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0849 manata, 1 rubl 0,0301 manata bərabər idi.