Asim Mollazadə: “Elektron kitablar boşluğu dolduracaq”
Bu ilin yanvarından Azərbaycana idxal edilən kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları artırılıb. Millət vəkili Asim Mollazadə Sputnik Azərbaycan-a deyir ki, xaricdən gətirilən kitablara qoyulan dövlət rüsumunun artırılması təəssüf doğurur:
“Bu yenilik elektron kitablara tələbatı artıracaq. Onsuz, son zamanlar tələbələr, elmi işlə məşğul olan şəxslər elektron kitablardan daha çox istifadə edirlər. Düşünürəm ki, kitablara qoyulan gömrük haqlarının artırılması zamanı yaranacaq boşluğu onlayn kitablar dolduracaq”.