Suriyadan Afrin əməliyyatına cavab: Türkiyə ərazisi raket atəşinə tutuldu

© ReportSuriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb - Sputnik Azərbaycan
Abunə olmaq
İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib

BAKI, 21 yanvar — Sputnik. Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül yaralanıb.

İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib. Dördüncü raket boş əraziyə düşüb. Raketlərin düşdüyü evlərdə kiçik həcmli yanğınlar baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb

Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib. 

Xəbər lenti
0