BAKI, 21 yanvar — Sputnik. Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
M.Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.
Yeni vəzifəsinin icrasına başlayan M.Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Xatırladaq ki, Mikayıl Cabbarov 5 dekabr 2017-ci il tarixində prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri postundan azad olunaraq vergilər naziri təyin edilib. Bu təyinatın ardından o, Təhsil Nazirliyində birlikdə işlədikləri kadrları tədricən Vergilər Nazirliyinə transef edir.