Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il keçir.
Sputnik Azərbaycan-nın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günü elan olunub.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Sputnik Azərbaycan bu qanlı hadisənin ildönümü ilə bağlı Azərbaycan XİN tərəfindən təqdim olunmuş infoqrafikanı təqdim edir.