BAKI, 20 yanvar — Sputnik. Türkiyə ordusu və Suriya müxalif qüvvələrinin Afrində terrorçulara qarşı əməliyyata başlamasından sonra Pentaqon bölgədə münaqişənin kəskinləşməsinin qarşısını almağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Erik Paxon deyib.
O, münaqişə tərəflərini İŞİD-i darmadağın etməyə çağırıb. Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.