BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: "Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-ə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.