BAKI, 20 yanvar — Sputnik. Müsəlmanlar üçün müqəddəs məkan sayılan Əl-Əqsa məscidini ziyarət edən 6 nəfər türk vətəndaşı İsrail polisi tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan “Timeturk”ə istinadən xəbər verir ki, polis cümə namazından sonra onları nəzarətə götürüb. Türklər sorğu-sual olunmaq üçün şöbəyə aparılıblar.
İsrail polisinin hansı səbəbə onları həbs etməsi hələ də müəmmalıdır.
Qüdsdəki Türkiyə konsulluğunun sərt reaksiyasından sonra türklər azadlığa buraxılıb.