BAKI, 20 yanvar — Sputnik. Ukrayna Ali Radasında Ukrayna xalq deputatlarının sayının ixtisar olunması ilə bağlı Konstitusiya dəyişiklikləri üzərində işləyəcək deputat işçi qrupunun yaradılması barədə qanun layihəsi qeydiyyatdan keçib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, qanun layihəsində deputatların sayının 150 nəfərə qədər ixtisarı nəzərdə tutulur.
Radanın fraksiyadankənar deputatı Sergey Mişenko sözügedən layihəni bu gün Radada qeydiyyatdan keçirib.
Hazırda Ukrayna Ali Radasında ölkə Konstitusiyasının tələbinə uyğun olaraq, 450 xalq deputatı təmsil olunur. Əsas qanuna dəyişikliklərin tətbiqi uzun və xüsusi prosedur tələb edir.
Bunun üçün Rada əvvəlcə dəyişikliklərin Konstitusiyaya uyğunluğu ilə bağlı münasibət almaq üçün müvafiq sənədləri Konstitusiya məhkəməsinə göndərir. Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra Rada qanun layihəsini birinci oxunuşda qəbul edir. Bunun üçün azı 226 deputatın səsi tələb olunur. Növbəti sessiyada parlament 300 səsdən az olmamaq şərtilə qanunu bütövlükdə qəbul edir.