CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neft daşınması üçün qurulan polad yol

© Photo : ADY mətbuat mərkəziBakı-Tbilisi - Qars dəmir yolu
Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
"Neft sahəsi" adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib

Bakı, 20 yanvar — Sputnik. 137 il əvvəl Azərbaycanda ilk dəmir yolu istismara verilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb.

1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. "Neft sahəsi" adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib.

1879-cu ildə "Simens qardaşları" tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

Xəbər lenti
0