Ananın qəribə tərbiyə üsulu Amerikanı bir-birinə qatdı

Abunə olmaq
Amerikalı qadın 5 yaşlı qızı ilə birlikdə mənzil kirayələdiklərini və qızını necə kirayə haqqını ödəməyə cəlb etdiyini anladıb

BAKI, 20 yanvar — Sputnik. Amerikalı qadın 5 yaşlı qızı ilə birlikdə mənzil kirayələdiklərini və qızını kirayə haqqını ödəməyə cəlb etdiyini bildirib. Sosial şəbəkə istifadəçiləri isə onun bu tərbiyə üsulunun nə dərəcədə etik olduğu ətrafında müzakirələr başladıblar.

Sputnik AzərbaycanThe Independent”-ə istinadla xəbər verir ki, Corciya ştatından olan Essens Evans (Essence Evans) bu barədə öz Facebook səhifəsində yazıb. Onun bu statusuna bir həftə ərzində 228 min reaksiya gəlib. Məsələ Britaniyanın Loose Women tok-şousunda da müzakirə olunub.

Uşaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq tərbiyəsində 7 məqam

"Mən hər həftə qızıma 7 dollar verirəm. Amma ona izah edirəm ki, insanlar böyüyəndə xərcləri artır və onlar özlərinə daha çox pul xərcləyirlər. Ona görə də, o, 5 dolları mənə qaytarmalıdır" – deyə Evans öz tərbiyə üsulunu açıqlayıb.

Geri aldığı pulları anası qızına dediyi kimi heç də mənzilin kirayəsinin ödənilməsinə sərf etmir. O, bu pullar qızının bank hesabına yığır və qızı 18 yaşına çatanda ona vermək niyyətindədir.

"Odur ki, qızım məndən ayrılıb müstəqil həyata qədəm qoyanda, onun sərəncamında 3380 dollar pul olacaq" – deyə Evans bildirib.

Şərhlərin böyük əksəriyyətində insanlar Evansın yanaşmasını dəstəkləyiblər və öz böyük uşaqlarının maliyyə cəhətdən müstəqil olmamasından şikayətləniblər. Bəziləri isə qeyd ediblər ki, "uşaqlar uşaq olaraq qalmalıdır" və onları hesablara görə narahat etmək, həyəcanlandırmaq olmaz.

Şounun aparıcısı da Evansın tərbiyə metodunu təqdir edib: "Qız 18 yaşa çatanda onun üçün hesabına pul topladığına görə anasına minnətdar olacaq".

Xəbər lenti
0