BAKI, 19 yanvar — Sputnik. Hindistanın paytaxtı Dehlidə bütün məktəblərdə siniflərə kamera qoyulacaq. Ailələr, telefon üzərindən uşaqlarını bu kameralardan izləyəcək.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, hökumət rəsmiləri bu qərarın son dövrdə məktəblərdə cinayətlərin artması ilə bağlı verdiklərini açıqlayıblar.
Qeyd edək ki, sentyabrda bir məktəb işçisinin 5 yaşlı bir qız uşağına təcavüz etməsi ölkədə böyük qəzəbə səbəb olub. Yenə də sentyabrda 7 yaşlı oğlan özəl məktəblərin birində öldürülüb.
Plan çərçivəsində üç ay ərzində minə qədər məktəbin bütün siniflərinə kameralar qoyulacaq. Bir çox ailə qərarı müsbət qarşılayıb.