BAKI, 19 yanvar — Sputnik. "20 yanvar hadisəsi baş verən zaman Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov bacarıqsız adam idi". Bu fikirləri yanvarın 19-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) Ali Sovetinin o zamankı sədri Elmira Qafarovanın keçmiş müşaviri Cahangir Nəcəfov bildirib.
"Vəzirov Moskvanı aldadırdı. Dəfələrlə ölkədə baş verənlərlə bağlı Kremlə yalan məlumatlar ötürürdü. Həmçinin, o dövrdə SSRİ-nin sonuncu prezidenti olmuş Mixail Qorbaçov da ölkə Konstitusiyasının tələblərini pozaraq dövləti cinayət törədirdi. Bu hərəkətlərinə görə onu məhkəməyə vermək olar" — Nəcəfov bildirib.