BAKƏ, 19 yanvar — Sputnik. Türkmənistanda qadınlara sükan arxasına oturmaq qadağan olunub. Sputnik Azərbaycan "Türkmənistanın alternativ xəbərləri"nə istinadən bildirir ki, bu zaman onların sürücülük vəsiqəsinin olub-olmaması rol oynamır.
Ötən ilin dekabrında yol polisi qadınlara bu barədə sadəcə xəbərdarlıq edirdilər. Yanvar ayından onların sürücülük vəsiqələri əlindən alınır, avtomobilləri isə cərimə meydançasına aparılır.
Yerli qadınlardan bir deyir ki, əvvəlcə xəbəri zarafat kimi qəbul edib: "Sonra özüm bununla qarşılaşdım. İndi qadınlar sükan arxasına keçməyə qorxurlar. Onları iş yerinə ərləri aparırlar".
Başqa bir mənbə bildirib ki, dövlət müəssisələrində işə şəxsi avtomobilində gələn qadınlardan bir daha avtomobil sürməyəcəkləri ilə bağlı yazılı iltizam alınır.
Məlumata görə, Türkmənistanın daxili işlər naziri İsgəndər Mulikov prezident Qurbanqulu Berdıməhəmmədova ölkədə baş verən qəzaların əksəriyyətinin qadınların günahından və ya onların iştirakı ilə baş verməsi ilə bağlı informasiya verib. Prezident isə bundan sonra "vəziyyəti düzəltmək" barədə göstəriş verib.
Xatırldaq ki, bir müddət öncə ölkədə qara maşınlara qadağa qoyulduğu barədə məlymat yayılmışdı.