Afrin əməliyyatı başlayır: Türkiyənin müttəfiqi Suriyaya girdi

© REUTERS / Umit BektasСолдат Свободной армии Сирии, архивное фото
Солдат Свободной армии Сирии, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Son 2 gündə 30-dan çox terrorçunun öldürüldüyü bildirilir

BAKI, 19 yanvar — Sputnik. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) döyüşçüləri, Afrin bölgəsini PYD-li terrorçulardan təmizləmək üçün avtobuslarla yola çıxıb. Sputnik Türkiyə xəbər verir ki, görüntülər DHA xəbər agentliyi tərəfindən internetə yerləşdirilib. İçərisi silahlı döyüşçülərdən ibarət 20 avtobus hazırda Türkiyə sərhədini keçərək Suriyanın Azez qəsəbəsinə doğru irəliləyır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 2 gün əvvəl yaydığı bəyanatda bildirmişdi ki, Afrin əməliyyatı ASO ilə birgə həyata keçiriləcək. Öncə ASO döyüşçüləri qurudan Afrinə yeridiləcək. Daha sonra türk hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri havadan PYD terrorçularının mövqelərinə zərbələr endirəcək. Bütün bunlardan əvvəl isə sərhədin Türkiyə tərəfindəki topçu bölmələri ASO əsgərlərinə geniş sahə açmaq üçün PYD səngərlərini artilleriya atəşinə tutacaq. Hazırda prosesin ilkin mərhələsi kimi, Afrin bölgəsi türk topçuları tərəfindən ağır atəşə tutulmaqdadır. Son 2 gündə 30-dan çox terrorçunun öldürüldüyü bildirilir.

Xəbər lenti
0