BAKI, 19 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) işçi elanı verib. Sputnik Azərbaycan-a DİM-dən verilən məlumatda bildirilib ki, mərkəz Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektoruna məsləhətçi vəzifəsi üzrə işçi axtarır.
Aşağıdakı təlimatlara uyğun olan şəxslər müraciət edə bilərlər:
Vəzifə maaşı: 600 AZN
Vəzifə təlimatı:
— İnsan resurslarının idarə edilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;
— Dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;
— Dövlət qulluğunda insan resurslarının idarə edilməsi problemlərinə dair tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması;
— İnsan resurslarının idarə edilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;
— Təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi;
— Ehtiyat kadrların idarə edilməsi işinin təşkil edilməsi və bu sahədə təkliflərin hazırlanması;
— Dövlət Qulluqçuları Reyestrinin aparılmasında iştirak edilməsi;
— Dövlət qulluğuna qəbul ilə əlaqədar keçirilən müsabiqə və müsahibələrdə iştirak edilməsi;
— Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərə baxılması.
Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil.
Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1.
Kompüter tələbləri: MS Windows, MS Office, Internet (orta səviyyədə).
Əmək stajı: tələb olunmur.
Qeyd edək ki, dövlət qulluğu vəzifələri üzrə BA3, BA4 sertifikatını əldə etmiş namizədlərə, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərə üstünlük veriləcək.
Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət formasını a.quliyeva@dim.gov.az elektron ünvanına fevralın 13-dək göndərə bilərlər.