Pentaqon: Biz kürdlərdən ibarət ordu yaratmırıq

© AFP 2024 / FREDERIC WALLOISЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Erik Pahon: "Onlar ictimai asayişi qorumaq üçün təlim alan təhlükəsizlik qüvvələridir"

BAKI, 19 yanvar — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon Suriyanın şimalında Türkiyəni narahat edən proseslərlə bağlı yeni açıqlama verib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Türk ordusuna əmr gəldi, ASO da döyüşə hazırdır

Amerikalı rəsmi əksəriyyətini PYD-li döyüşçülərin təşkil etdiyi Suriya Demokratik Qüvvələrindən (SDQ) ibarət sərhəd mühafizə qüvvələrinin yanlış anlaşıldığını deyib. "SDQ-dən ibarət 30 minlik silahlı qrup ordu kimi qəbul edilməməlidir. Onlar ictimai asayişi qorumaq üçün təlim alan təhlükəsizlik qüvvələridir. Xüsusilə evlərinə qayıdan insanların rifahından bu adamlar məsuldur" — Erik Pahon bildirib.

Sözçü sonda əlavə edib ki, İŞİD terror qruplaşmasının bir daha üzə çıxmaması üçün bu cür təhlükəsizlik qüvvələrinə ehtiyac var.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı ilə meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

Xəbər lenti
0