BAKI, 19 yanvar — Sputnik. Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü, iki otağının yanar konstruksiyaları 50 m2 sahədə və yaxınlıqda tikilmiş ümumi sahəsi 240 m2 olan ikimərtəbəli evin 2 ədəd plastik pəncərəsi yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.