CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakıdakı ermənilərin hadisələrdən ziyan görməməsi üçün onları qoruyurduq"

Abunə olmaq
Qorxmaz İbrahimli: "Azərbaycanda Ali Sovetin icazəsi, qərarı olmadan fövqəladə vəziyyət elan edilmişdi"

BAKI, 19 yanvar — Sputnik. "İnsanlar Qorbaçovun belə qəddarlıq edəcəyinə inanmırdılar". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Aydınlar Partiyası sədrinin birinci müavini, 1990-cı illərdə Azərbaycan Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, həmin dövrdə Xalq Hərəkatı güclənirdi: "Qarabağda baş verənlərə etiraz mitinqləri keçirilirdi. Bununla yanaşı, biz Bakıda yaşayan ermənilərin bu hadisələrdən ziyan görməməsi üçün onları qoruyurduq".

"20 yanvar faciəsi həm də dövlət qanunlarının kobud şəkildə pozulmasıdır. Azərbaycanda Ali Sovetin icazəsi, qərarı olmadan fövqəladə vəziyyət elan edilmişdi" — Q.İbrahimli bildirib.

Xəbər lenti
0