Qubada inşa edilmiş modul tipli məktəbdən reportaj

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Yanvarın 17-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub.

Media nümayəndələri Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
1/8
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb

2/8

3/8

4/8

5/8

6/8

7/8

8/8

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.

Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

2018-ci ildə də sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

Tədbirdə Quba Rayon Təhsil şöbəsinin sədri Rüfət Hacıyev,Təhsil Nazirliyinin əməktaşları,media işçiləri və ictimai nümayəndələri iştirak edib.

Quba Rayon Təhsil Şöbəsinin sədri Rüfət Hacıyev Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi bəzi sualları cavablandırıb.

"Hansı səbəbdən Cağacıq kəndi böyük kənd olmasına baxmayaraq, ibtidai məktəb əvəzinə orta və yaxud tam orta məktəb inşa edilməyib?" sualın belə cavab verib:

"Hələlik ibtidai məktəb istifadəyə vermişik. Ola bilər ki, gələcək zamanlarda bunu böyüdüb orta və yaxud tam orta məktəb halına sala bilərik". 

R.Hacıyev daha sonra qeyd edib ki, ucqar kəndlərdə də belə məktəblərin tikintisinə başlanacağını gözlənilir.

Cağacıq kənd ibtidai məktəbin direktoru Fabil Ağayev də deyib ki, su problemindən başqa, yeni məktəbin hər bir şəratindən çox razıdılar. Su probleminin də yaxın zamanlarda həll olunacağına inandığını bildirib.

Xəbər lenti
0