Fətullah Gülən "Qiyamət günü" üçün tarix verib

© REUTERS / Charles MostollerФетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года
Фетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
"O, Allahın sevimli quludur və çox şeydən agahdır"

BAKI, 18 yanvar — Sputnik. Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə şübhəli bilinərək haqqında istintaq başladılan keçmiş leytenant A.O. İzmir Şəhər Prokurorluğunda maraqlı etiraflar edib. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.

Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016 - Sputnik Azərbaycan
FETÖ "beynəlxalq təhlükə" elan edildi

Özünün də vaxtilə təşkilata üzv olduğunu danmayan hərbçi, şəbəkə lideri Fətullah Gülən haqda diqqətçəkən iddia ortaya atıb. A.O. polisə ifadəsində deyib ki, Gülən şəbəkəsi ilə ilk tanışlığı 2004-cü ildə, 7-ci sinifdə oxuyarkən olub.

"Onlardan mənə və ölkəmə zərər gəlməyəcəyini düşünürdüm. Ona görə də tez-tez yanlarında olurdum. Əslən Ərzurumdan olan Yavuz Aydın ad-soyadlı şəxs mənimlə xüsusi maraqlanırdı. Bu, ona vəzifə olaraq verilmişdi. Kod adı "Səlim" idi. Onların evində bir yerdə oxuyur, ibadət edirdik" — sabiq hərbçi bildirib.

A.O. daha sonra əlavə edib: "Məndən hərbi lisey oxumaq istəyib-istəmədiyimi soruşdular. Onlara dedim ki, hərbçi olmaq uşaqlıq arzumdur. Daha sonra mənə izah etdilər ki, "hazırda türk ordusunda dinə bağlı insanları sevmirlər, namaz əhlini incidirlər". Əslində orduda həqiqətən bu cür halların olduğunu özüm bilirdim. Sadəcə olaraq, şəbəkə üzvləri İslam dinindən sui-istifadə edirdilər".

"Daha sonra əkiz qardaşım M.O. ilə birlikdə imtahan verdik. İkimiz də uğur qazanaraq bu peşəyə yiyələndik. Qardaşım hərbi hava qüvvələri, mən isə dəniz qüvvələrini qazandım. Ancaq iddia edildiyi kimi, heç kəs bizə imtahan suallarını öncədən vermədi. Gülən şəbəkəsinin bu yola əl atdığı deyilir. Ancaq mən görmədim" — təqsirləndirilən şəxs bildirib.

A.O.-nun polisə ifadəsində ən çox diqqətçəkən məqam Fətullah Gülənin qiyamət günü ilə bağlı açıqlama verməsi olub: "Bir gün Yavuz Aydın dediyim şəxs mənə dedi ki, Fətullah Gülən qiyamətin 2186-cı ildə qopacağını söyləyib. Ondan soruşdum ki, Gülən bunu hardan bilir? Dedi ki, o, Allahın sevimli quludur və çox şeydən agahdır. Açığı, bu cavabı alandan sonra şəbəkədən soyumağa başladım. Aldadılmış ola biləcəyimi düşündüm".

"Və nəticə göz qabağındadır. Bir qardaşım Fətullah Gülənə hədsiz inandığı və onun əmrlərini yerinə yetirdiyi üçün hazırda həbsdədir, anam mənə "heç olmasa, sən qal" dedi. Ona görə polisə etiraf etməkdən bir ara qorxurdum. Ancaq sonra düşündüm ki, axı, mən cinayət törətməmişəm. Şəbəkənin əsl üzünü yeni öyrəndim. Cinayətkar olmadığımı düşünürəm. FETÖ-nün bitirilməsini dövlətdən istəyirəm" — keçmiş hərbçi qeyd edib.

Xəbər lenti
0