BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-də Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı video görüntü təqdim edilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.
Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı BNA-ya çağrılıb. BNA-nın göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı, daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmamsı üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.