CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yollar bərpa edilib

© Photo : AZERAVTOYOLHacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsi yenidən qurulub
Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik hissəsi yenidən qurulub - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub

BAKI, 18 yanvar — Sputnik. 2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bura aşağıdakılar daxildir:

Respublika əhəmiyyətli — 313,4 km;

Yerli əhəmiyyətli — 888,7 km;

Bakı şəhər yolları — 133,0 km.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.

Xəbər lenti
0