CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu qədər gömrük rüsumuna ehtiyac yoxdur"

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Osmanlı: "İdxal olunan məhsullara aksiz vergilərinin artırılmasına münasibətimiz birmənalı deyil"

BAKI, 18 yanvar — Sputnik. "Azərbaycanda avtomobil bazarı ilə bağlı qəbul edilən qərarların müsbət və mənfi təsirləri olur". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda ucuz avtomobillər tarixə qovuşur

O bildirib ki, ekoloji standartların qəbulu, yanacağın qiymətinin il ərzində 2 dəfə artırılması avtomobil idxalına mənfi təsir edib: "Ölkədə devalvasiyanın baş verməsi, həmçinin bəzi qərarlar nəticəsində 2016-ci ildə Azərbaycana avtomobil idxalı əvvəlki dövrlərlə müqayisədə 6 dəfə azalıb".

"Keçən il idxal olunan məhsullara aksiz vergilərinin artırılmasına münasibətimiz birmənalı deyil. Düşünürük ki, idxala bu qədər gömrük rüsumlarının tətbiqinə ehtiyac yoxdur. Bu qərar Azərbaycanda avtomobilləşmənin qarşısının alınmasına xidmət edir və onun iqtisadi əsası yoxdur" — deyə R.Osmanlı vurğulayıb.

Xəbər lenti
0