2017-ci ildə Azərbaycan İpoteka Fondunun agent banklarına ümumi məbləği 859,7 milyon manat olan ipoteka krediti almaq üçün 12 702 müraciət olub. Bu müraciətlərdən 3 109 müraciətə müsbət cavab verilib və 203,1 milyon manat kredit ayrılıb.
Ümumilikdə 2006-2017-ci illərdə 944,3 milyon manatlıq ipoteka krediti hesabına 21.3 min ailə yaşayış şəraitini düzəldə bilib. Onlardan 278,7 milyon manarı güzəştli şərtlərlə verilib. Azərbaycandakı ipoteka ilə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Azərbaycanda ipoteka krediti: Kim və necə ala bilər
17:33 18.01.2018 (Yenilənib: 21:26 16.11.2021)
Abunə olmaq
İpoteka kreditləşməsindəki yeniliklər kreditlərin verilməsi qaydasını asanlaşdırıb və ona tələbatı artırıb