CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL böyük endirim etdi

Abunə olmaq
AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər

BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər edib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti ucuzlaşıb:

Самолет AZAL - Sputnik Azərbaycan
AZAL-dan sərnişinlərə "sürpriz"

Bakı-İstanbul-Bakı – 159 avro

İstanbul-Bakı-İstanbul – 179 USD

Bakı-Kiyev-Bakı – 169 avro

Kiyev-Bakı-Kiyev – 199 USD

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dəkdir.

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL əhaliyə müraciət etdi: ehtiyatlı olun

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə onlayn qeydiyyatdan keçə bilər. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Xəbər lenti
0