BAKI, 18 yanvar — Sputnik. Qazaxıstanda içərisində 57 sərnişin daşıyan avtobus yanaraq kül olub. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı 52 nəfər diri-diri yanıb.
Avtobusda olanlardan cəmi 5 nəfər son anda canını qurtara bilib. Məlumata görə, avtobusda ölənlərin hamısı Özbəkistan vətəndaşları olublar. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
© @askar_aktileu/Ruptly
"Hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib. "İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq həlak olub. Onlardan yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib" – nazirlik açıqlama verib.
Yanğının baş vermə səbəbləri araşdırılır.