Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Səbinə" niyə bıçaqla komendanta hücum etdi - Açıqlama

© Photo : Instagram / sebine_ecemi1994Transseksual Səbinə
Transseksual Səbinə - Sputnik Azərbaycan
Abunə olmaq
Transseksualların qanunsuz əməllərinə görə çox vaxt asayiş keşikçiləri günahlandırılır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Transseksual "Səbinə"nin iştirakı ilə baş verən insidenti əks etdirən video sosial şəbəkələri bürüyüb və böyük rezonans doğurub.

Videodan göründüyü kimi, seksual azlıqların nümayəndəsi əlində bıçaq Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsinin ərazisində yerləşən yaşayış binasının komendantının kabinetinə hücum edib. Komendantın otağına daxil ola bilməyən transseksual etiraz əlaməti olaraq nümayişkaranə surətdə paltarını soyunub öz boğazını kəsməyə cəhd göstərib. Transseksualın vəhşi qışqırıqları ilə müşayiət olunan bu xoşagəlməz insident bina sakinlərinin biri tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkələrə yerləşdirilib.

Bu, Bakıda daha bir transseksualın növbəti çılğın hərəkətidir. Belə bir təsəvvür var ki, heç kəs cinsi azlıqların belə cəsarətli nümayəndələrinə qarşı heç nə edə bilməz. Sosial şəbəkələrdən birinin istifadəçisi soruşur ki, "niyə insidentin günahkarı cəzalandırılmayıb?"

Baş vermiş insidentin təfərrüatlarını və onun nə ilə qurtardığını öyrənmək üçün Sputnik Azərbaycan-nın əməkdaşı Nəsimi rayonunun hüquq-mühafizə orqanlarına müraciət edib. Aydın olub ki, hadisə yanvarın 7-də Azadlıq prospektində yerləşən və "Yüksəliş" mənzil-tikinti kombinatı tərəfindən inşa olunan binanın həyətində baş verib. 

Daxili işlər naziri Ramil Usubov, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daxili işlər naziri cinsi azlıqları nədə ittiham etdi — Rəsmi

Polisin məlumatına görə, komendantla transseksual arasında münaqişə sonuncunun elektrik enerjisinə olan borcunu ödəməməsi səbəbindən başlayıb. Komendant borca görə transseksualın yaşadığı mənzilin işığını kəsib. Nəticədə "Səbinə" bir neçə şəxsin müşayiəti altında mətbəx bıçağı ilə komendanta hücum etməyə cəhd göstərib. Komendant qapını içəridən bağlasa da, transseksual qapının şüşəsini qırıb.

"Bu, qatı xuliqanlıqdır, amma transseksual saxlanmayıb. Çünki komendant polisə şikayət ərizəsi yazmayıb. Əgər o, şikayət ərizəsi yazsaydı, bizim əlimizdə onun saxlanması üçün əsas olardı. Amma belədə xuliqanlıq edən şəxs sındırdığı şüşənin cəriməsini ödəyib və sərbəst buraxılıb" — deyə polisdən bildiriblər.

Bununla belə, Nəsimi rayon polisi və digər asayiş keşikçiləri tez-tez transseksuallar və digər cinsi azlıqların nümayəndələri ilə bağlı problemlərlə üzləşməli olurlar. Bu rayonun ərazisində seksual azlıqların nümayəndələrinin qaranlıq vaxtlarda əylənməsi üçün çox sayda gecə klubları, barlar, massaj salonları var. Gündüzlər isə polisin onlarla bağlı başı dərddə olur. 

Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Şirvan sakini polisə yaxalanmamaq üçün başqa bir cinayətə əl atıb

"Kaş onlar sadəcə homoseksual olardılar. Allah xatirinə, necə istəyirlər, qoy elə də yaşasınlar! Ancaq bəzən biz fahişəlik edən təkəbbürlü transseksual və geylərlə bağlı işlərlə məşğul olmaq məcburiyyətində qalırıq. Onlar Azərbaycan cəmiyyətinin onlara tolerant yanaşmasından istifadə edərək özlərini sadəcə dözülməz şəkildə aparırlar. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlara bildirdiyi ən kiçik iradı belə qeyri-ənənəvi seksual oriyentasiyası olan insanlara qarşı nifrət əsaslı təzyiq kimi qiymətləndirir, yuxarı instansiyalara şikayət etməyə başlayırlar. Nəticədə günahkar biz oluruq, onlar yox" — deyə məlum səbəblərdən adını açıqlamadığımız polis əməkdaşı bildirib.

Biz həmin transseksual "Səbinə" ("Səbiş") ilə əlaqə yaratdıq. Xoşbəxtlikdən, onu tapmaq elə də çətin olmadı. Çünki internet sevişmək üçün öz həmcinslərini axtaran transların telefon nömrələri ilə doludur. Fahişəlik onların əsas gəlir mənbəyidir.

"Səbinə" özünün əsl adını deməkdən imtina etdi və bildirdi ki, bunu öz təhlükəsizliyini sığortalamaq üçün edir. O, qeyd edib ki, hadisə baş verən gün kirayə etdiyi mənzilə gedərkən işığın komendant tərəfindən kəsildiyini görüb.

"Komendant evə zəng eləyib, telefonu mənim anam götürüb. Söhbət zamanı o, anamı və məni təhqir edib. Bu, məni möhkəm qəzəbləndirdi və mən bıçağı götürərək aşağı endim ki, komendantın öz hərəkətlərinə izahat verməsini tələb edim. Mən özümə xəsarət yetirməyə başlayanda Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerində idilər. Onlar bizi şöbəyə apardılar. Sonra mən şüşəyə görə cərimə ödədim və bizi buraxdılar. Amma komendant məndən şikayət yazmadı" — deyə "Səbinə" bildirib. 

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Məşhur həkimin oğlu bibisinin yasında bıçaqlandı

Həmsöhbətimizin sözlərinə görə, o, artıq anası ilə birlikdə həmin mənzildən köçüb və bu xoşagəlməz insidentlə xatırlanmaq istəmir. Öz növbəsində "Səbinə" internet məkanında yayılan videonun ona ziyan vurub-vurmayacağı ilə maraqlanır.

Video transseksual "imici"nə xələl gətirməyəcək, amma "Səbinə" xuliqanlığa görə qanun qarşısında cavab verməlidir. 19-cu polis bölməsinin əməkdaşları bildiriblər ki, komendantın transseksualla bağlı şikayət etməməsinə baxmayaraq, xuliqanlıq hadisəsini törədildiyi yer ictimai yerdir və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Hazırda materiallar araşdırılmaq üçün Nəsimi RPİ-nin İstintaq və təhqiqat şöbəsinə verilib.

Xəbər lenti
0