Körpü uçdu, insanlar 280 metr dərinliyində dərəyə düşdü

© Photo : SözcüKolumbiyada inşa edilən körpü çöküb
Kolumbiyada inşa edilən körpü çöküb - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər ən azı 9 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildiriblər

BAKI, 17 yanvar — Sputnik. Kolumbiyada inşa edilən körpü çöküb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, xilasedicilər ən azı 9 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildiriblər.

Xilasetmə işləri davam edir.

Qeyd edək ki, 446 metr hündürlükdə olan, inşası tamamlanmayan körpünün çökməsi nəticəsində işçilərin bəziləri 280 metr dərinliyə düşüblər.

Xəbər lenti
0