Məhbuslar inəklərlə eyni kameraya salınacaq

© AFP 2023 / TAUSEEF MUSTAFAHindistanda inək
Hindistanda inək - Sputnik Azərbaycan
Abunə olmaq
"İnəklər ona qulluq edən insana təsir etməyi bacarır"

BAKI, 17 yanvar — Sputnik. Hindistanda məhbuslar "sehirli gücü" olan inəklər vasitəsilə reabilitasiya olunacaqlar. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xaryana ştatında Heyvanların Müdafiəsi Komissiyası yarım milyon dollar xərcləyərək 600 inək alıb.

Bu inəklər 6 həbsxanada məhbuslarla birgə yaşayacaq. Komissiyanın rəhbəri bildirib ki, inəklərin köməyi ilə cinayətkarlar kriminal aləmdən uzaqlaşacaqlar: "İnəklər Hindistan cəmiyyətinin bir hissəsidir. İnəklər ona qulluq edən insana təsir etməyi bacarır".

Hindistanda inanc var ki, inəklər, hətta xərçəng, şəkərli diabet və asma xəstəliklərini müalicə edir.

Xəbər lenti
0